Sponsor əlavə xərc çəkdi, komandanı paytaxtda saxladı

29 Aprel 2023 17:40 Turan 1 522
Sponsor əlavə xərc çəkdi, komandanı paytaxtda saxladı

«Turan Tovuz» Premyer Liqada 32-ci turun oyununu mayın 1-də keçirəcək.

Debütant həmin gün Zirədə eyniadlı komandanın qonağı olacaq.

Üç gün öncə Bakıda «Neftçi» ilə kubokun yarımfinal mərhələsinin cavab matçına çıxan qərb təmsilçisi ondan bəri rayona qayıtmayıb.

Yolun uzunluğunu nəzərə alan kollektiv paytaxtda qalıb.

Klubun yeni sponsoru Ehtiram Quliyev əlavə xərc çəkərək, futbolçuların burada təlim-məşq toplanışına yığışmasına kömək edib.

Tovuzlular gündəlik hazırlıq prosesini Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında sürdürür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti