“Neftçi”ni dağın başına qoydu: “Görəcəyik”

26 Aprel 2023 19:40 Turan 951
“Neftçi”ni dağın başına qoydu: “Görəcəyik”

“Meydana çıxıb əvvəldən sona qədər mübarizə aparacağıq.

Məqsədimiz Tovuz futbolu adına tarix yazmaqdır”.

“Turan Tovuz”un legioneri Natan Oduva Sportinfo.az-a komandasının Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində “Neftçi” ilə baş tutacaq oyun haqda danışıb.

Bir həftə əvvəl Tovuzda keçirilən qarşılaşmada meydan sahibləri Denis Marandiçinin qolu sayəsində 1:0-lıq qələbəyə sevinmişdi.

Təbii, bu dəfə qərblilər üçün heç də asan olmayacaq. Yaralı aslan təsiri bağışlayan “ağ-qaralar” məğlubiyyətin əvəzini çıxmaq, dəqiq desək, finala vəsiqə qazanmaq arzusundadır.

Əks halda, klub və komandada ciddi dəyişikliklərin yaşanacağına şübhə etməyə dəyməz.

Tovuz publikasının sevimlisi olan ingiltərəli vinger oyunun onlar üçün çətin keçəcəyinin fərqindədir:

“Neftçi” çempionatın ən güclü komandalarından biridir. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular cəmlənib.

Köklü tarixə, güclü azarkeş ordusuna malikdirlər. Yeni yaranmış komanda olsaq da, motivasiyamız yüksəkdir. “

Turan Tovuz”da ailə ab-hava hökm sürür. Hər kəs bir-biri üçün döyüşməyə hazırdır. Məhz bu keyfiyyətin sayəsində uğurlu nəticə qazanmaq istəyirik.

İlk oyunda qazandığımız qələbənin üstünlük olduğunu düşünmürəm. Bunu düşünsək, sonu pis nəticələnə bilər.

Oyuna bir həftə əvvəl heç nə olmamış kimi yanaşırıq. Əlbəttə, 1:0 öndə olmaq yaxşı haldır.

Ancaq rəqibin “Neftçi” olduğunu unutmamalıyıq. Gözləyək, nələrin baş verəcəyini birlikdə görəcəyik”.

Aprelin 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 20.00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti