"Neftçi”nin oyununda afrikalı legioneri kim və necə şoka salıb?

26 Aprel 2023 16:20 Turan 1 191
"Neftçi”nin oyununda afrikalı legioneri kim və necə şoka salıb?

“Hakimin qərarı məni şoka saldı.

14 illik peşəkar karyeramda heç vaxt qırmızı vərəqə almamışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Xulu Siyanda deyib.

Cənubi Afrika millisinin üzvü Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Turan Tovuz” – “Neftçi” qarşılaşmasında komandasını pis vəziyyətdə qoya bilərdi.

İkinci hissənin gedişində top cərimə meydançası daxilində Siyandanın qoluna dəyən anda baş hakim Rəşad Əhmədov penalti nöqtəsini göstərib, ikinci sarı vərəqə ilə Xulunu meydandan qovdu.

Epizodun davamında VAR-ın xidmətinə gərək duyan mingəçevirli referi qərarını dəyişdi ki, Siyanda sevincdən sanki ikinci dəfə dünyaya gəldi.

“55 nömrə” həmin anı bu cür xatırlayır:

“Çox yaxşı oynayırdıq və qələbə qazanacağımıza inanırdım. Belə vəziyyətdə hakimin penalti və qırmızə vərəqə qərarı məni şoka saldı.

Çünki həmin epizodda top bədənimə bitişik idi və topun gəldiyini görəndə qolumu gizlətməyə çalışdım ki, qayda pozuntusu olmasın.

Hakim qərarını dəyişməsəydi, özümü bağışlaya bilməyəcəkdim. Komandanın təcrrübəli futbolçularından biri kimi o anda “Turan Tovuz”u pis vəziyyətdə qoymağım düzgün olmazdı.

Yaxşı ki, VAR sistemi mövcuddur. Texnologiyanın sayəsində hakim səhvini düzəldərək doğru qərar qəbul etdi. Mən isə sona qədər meydanda olub, komandamın qələbəsinə töhfə verdim”.

İlk oyunda 1:0 hesabı ilə qələbə qazanan “Turan Tovuz” aprelin 26-da “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti