“Sabah” çox güclü komandadır. Sürətli və texnikalı oyunçulara sahib maraqlı kollektivləri var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz” – “Sabah” qarşılaşmasını şərh edən bölgə təmsilçisinin futbolçusu Natan Oduva deyib.
Qərb təmsilçisi oyuna yaxşı başlasa, qol fürsətləri yaratsa da, istəyinə çata bilmədi. Nəticədə irəliləyən dəqiqələrdə “tələbələr” istədiyi futbolu sərgiləyib 2 cavabsız qolla qalib gəlməyi bacardı.
“Turan Tovuz”un məğlubiyyətində əsas heyətin 7 futbolçusunun meydanda olmaması da özünü göstərdi.
Natan yenilgidə əsas səbəbləri bunlarla əlaqələndirib:
“Futbol belədir, sən vura bilmirsənsə, sənə vururlar. Bu gün bu deyimin doğruluğunun bir daha şahidi olduq.
Əlverişli imkanları dəyərləndirə bilsəydik, oyunun axarı başqa cür ola bilərdi. “Sabah” kimi güclü rəqiblərlə matçlarda səhv etmək haqqımız yoxdur. Səhvə yol verdiksə, mütləq istifadə edəcəklər.
Mütxəlif səbəblərdən əsas heyətin yarısında çoxu komandaya kömək edə bilmirdi. Əlbəttə, onların yoxluğu “Turan Tovuz” üçün ciddi itkidir.
Çünki mövsümboyu birlikdə oynamışıq, bir-birimizin oyun üslubuna öyrəşmişik. Onların yerinə meydana çıxanlar bacardığının ən yaxşısını etməyə çalışdılar və düşünürəm ki, layiqli mübarizə apardılar.
Sadəcə, uzun müddət birlikdə oynamayıb, birdən-birə oynayanda bir qədər çətin olur. Məğlub olduq. “Neftçi” ilə matça hazırlaşacağıq”.
Aprelin 22-də keçirilən “Turan Tovuz” – “Sabah” qarşılaşmasında qonaqlar 2:0 hesabı ilə qalib gəlib.
Qərb təmsilçisi aprelin 26-da ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Neftçi” ilə üz-üzə gələcək.
HƏBİB

