Bu axşam gözlər “Bakcell Arena”ya dikiləcək.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
Qərbli fanatlar səhər 11 radələrində Tovuzdan Bakıya yön alıb. Təxminən 400 azarkeşi paytaxta gətirmək üçün klub tərəfindən 6 iri tutumlu avtobus, 2 “Sprinter” kirayələnib. Həmçinin, şəxsi minik vasitələrindən yararlananlar da var.
“Turan Tovuz” aşiqləri axşamkı oyunda “Bakcell Arena”da bayram ab-havası yaratmaq niyyətindədir. Bunun üçün onlar özləri ilə sintezator və səsgücləndiricilər də gətirir.
Musiqi avadanlıqlarının “Bakcell Arena”ya buraxılıb-buraxılmayacağı dəqiq deyil. Tovuzlular “Neftçi”nin buna şərait yaradacağına ümid edir.
Aprelin 26-da baş tutacaq “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 20:00-da başlayacaq.
Komandaların bir həftə öncəki oyununda qərblilər 1:0 hesabı ilə qələbə qazanmışdı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

