Azərbaycan klubu Tribunala üz tutdu: “Bu, bizə ağır gəlir”

27 Aprel 2023 23:00 Turan 738
Azərbaycan klubu Tribunala üz tutdu: “Bu, bizə ağır gəlir”

“Turan Tovuz” Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

Bölgə təmsilçisi AFFA İntizam Komitəsinin qərarından narazıdır.

Bu barədə saytımıza klubun idman direktoru Nadir Nəbiyev açıqlama verib:

“Verilən cərimələr bu gün bizə ağır gəlir. Həm maddiyat, həm də heyət baxımından çətinliklərimiz var.

Son cərimələrə gəlincə, razı olduğumuz da var, olmadığımız da. Klub olaraq rəsmi şəkildə Apellyasiya Arbitraj Tribunalına müraciət etmişik. Ümid edirəm ki, müsbət cavab alacağıq”.

Məlumat üçün bildirək ki, Premyer Liqanın 30-cu turunda baş tutan “Kəpəz” – “Turan Tovuz” oyununda nominal qonaqlar 3600 manat məbləğində cərimələnib.

Qərb təmsilçisi futbolçuları - Kamal Bayramovla Tərlan Quliyev oyun başa çatandan sonra rəqib futbolçuları təhqir etmək və təcavüzkar davranışa səbəbindən hərəsinə görə 1600, Piruzi Marakvelidzenin qırmızı vərəqə ilə meydandan qovulmasına görə 200, isinmə hərəkətləri zamanı futbolçuları tələbləri pozduğuna görə 200 manat cərimələnib.

Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Turan Tovuz” – “Neftçi” görüşündə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün kluba əlavə 800 manat cərimə kəsilib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti