“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Luis Paçunu komandadan kənarlaşdırıb.
Rusiyalı çalışdırıcı braziliyalı hücumçunun xidmətində maraqlı deyil.
“Sambaçı”nın Premyer Liqanın ilk turunda “Neftçi”yə qarşı forma geyinməməsi bununla əlaqədardır.
Berdiyev cənubi amerikalı forvardın adını iştirak ərizəsinə daxil etməməklə, ona olan münasibətini ortaya qoyub.
Yeni baş məşqçi Paçunun onun futbol fəlsəfəsinə uyğun gəlmədiyi qənaətindədir. Təcrübəli mütəxəssis sözləşməsi gələn ilin yayında bitəcək hücumçunu yola salmağı tapşırıb.
Hazırda klubla oyunçu arasında əməkdaşlığın dayandırılmasına dair danışıqlar gedir.
“Kəpəz” və “Zirə” bire müddətdir “pusqu”da dayanıb – Premyer Liqanın hər iki təmsilçisi braziliyalını icarəyə götürməyə hazırdır.
SPORTİNFO.AZ