Baş məşqçi ayrıldı, kapitanın planları pozuldu, 3 gün vaxt istədi

1 İyun 2024 20:40 Turan 1 753
Baş məşqçi ayrıldı, kapitanın planları pozuldu, 3 gün vaxt istədi

“Ayxan Abbasovun ayrılığı bizim üçün gözlənilməz oldu.

Bu səbəbdən nə deyəcəyimi bilmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

Abbasovun ayrılığından sonra ortaya çıxan suallardan biri onun dəvəti ilə komandaya cəlb olunmuş futbolçuların gələcək taleyidir.

Əksəriyyət məhz Ayxan bəyin rəhbərliyi altında oynamaq üçün “Turan”ı seçmişdi. Hadisələrin bundan sonrakı axarı ilə onları düşünməyə vadar edir.

31 yaşlı futbolçu növbəti mövsümlə bağlı qısa danışıb:

“İndi elə bir vəziyyətdir ki, söz demək çətindir. Komandada faktiki baş məşqçi yoxdur. Yeni baş məşqçinin kimliyi, verəcəyi qərarlar müəmmalıdır.

Bu səbəbdən gözləmə mövqeyindəyəm. Yaxın 2-3 gün ərzində qərarımı verəcəyəm”.

Azərbaycan millisinin də şərəfini qorumuş Əliyev son 2 ildə “Turan”ən heyətində meydana çıxdığı 62 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti