Yeni klubu ilə 2 illik müqavilə imzaladı - Premyer Liqada 4 dəfə şans alan müdafiəçi

29 İyul 2024 00:40 Turan 1 494
Yeni klubu ilə 2 illik müqavilə imzaladı - Premyer Liqada 4 dəfə şans alan müdafiəçi

"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İbrahim Ramazanovu heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

İbrahim eyni zamanda 21 yaşlılardan ibrarət Azərbaycan milli komandasının üzvüdür.

Gənc futbolçu "Qəbələ"nin yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM