COP29

Bölgədə 3 qol - VİDEO

6 May 00:40 Turan 661
Bölgədə 3 qol - VİDEO

Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. "Qartallar"da 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli fərqlənib.

Meydan sahiblərində Fərid Nəbiyev 52-ci dəqiqədə adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə alaraq "Turan Tovuz"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq