COP29

Kurban Berdiyev qaçıb gedərsə, Ehtiram Quliyev baş məşqçi postuna kimi gətirəcək?

9 Dekabr 2024 16:00 Turan 2 978
Kurban Berdiyev qaçıb gedərsə, Ehtiram Quliyev baş məşqçi postuna kimi gətirəcək?

Kurban Berdiyevdən sonra «Turan Tovuz»ı çalışdıra biləcək məşqçinin kimliyi bilinib.

Klub rəhbərliyi Yunis Hüseynovu komandanın sükanı arxasında görür.

Əgər rusiyalı qış fasiləsindən sonra Azərbaycanı birdəfəlik tərk edərsə, yerinə indiki köməkçisi təyin olunacaq.

Yunis Hüseynov 1 aya yaxındır Tovuzdadır. O, «Səbail»ə yollanan Cavid Hüseynovu əvəzləyib.

İndiyə kimi, «Karvan», «Standart», «Xəzər Lənkəran» və «Şamaxı»nın baş məşqçisi olmuş mütəxəssis «Pro» kateqoriyasına malikdir. Bu da imkan verir ki, hər an komandanı Berdiyevdən təhvil alsın.

Sonuncu rəhbərliklə yola getmir. Avqustdan bəri tərəflər arasında «soyuq küləklər» əsir. 72 yaşlı sabiq «Rubin»li ona yaradılan şəraitdən narazıdır.

Hər gün bir şey istəyir, bir şey tələb edir. Xüsusən də transfer mövzusunda. Kurban Berdiyev Ehtiram Quliyevi küncə sıxışdırıb.

İdarə Heyətinin sədrindən minimum 2 yeni legionerin alınmasını istəyib. Amma onların qiyməti «əl yandırır». Çalışdırıcının gətrilməsində israr etdiyi hücumçu 1 milyon, yarımmüdafiəçi 800 min dollar dəyərindədir.

Xəbərdarlıq eləyib ki, üzərində dayandığı oyunçular qış fasiləsində alınmasa, buradakı işini dayandıracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti