“Turan Tovuz”da qalmaq istəmir – Xoşuma gəlmir, buraxın məni

31 Dekabr 2024 18:35 Turan 6 022
“Turan Tovuz”da qalmaq istəmir – Xoşuma gəlmir, buraxın məni

Otto Con yenidən “Turan Tovuz”dan ayrılmaq iddiasına düşüb.

Nigeriyalı hücumçu sezonun əvvəlində olduğu, cari qış fasiləsində də bu istiqamətdə növbəti cəhdini edib.

Afrikalı legioner müqaviləsini pozmaq istədiyini klub funksionerlərinin diqqətinə çatdırıb.

Adıçəkilən forvardın “Turan Tovuz”la kontraktı müddəti 2025-ci il iyunun 30-na qədərdir. Con ümumiyyətlə, Azərbaycanda qalmağı düşünmədiyini, ərəb ölkələrindən birinə getmək niyyətində olduğunu deyib.

26 yaşlı əcnəbi üstüörtülü şəkildə bildirib ki, Kurban Berdiyevin oyun modeli və futbolçulara yanaşma tərzi onun ürəyincə deyil, ab-havanı dəyişməyə, bir qədər sakit mühitdə çıxış etməyə ehtiyac duyur.

O, bu komandaya 2023-cü il iyulun 1-də “Dukagini”dən (Kosovo) keçib. Buna qədər isə “Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” və “Priştina”da (hər ikisi Kosovo) oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu