Berdıyev onu görənləri bu addımı ilə təəccübləndirir

8 İyul 2024 20:00 Turan 2 699
Berdıyev onu görənləri bu addımı ilə təəccübləndirir

“Turan Tovuz” yeni mövsümə yeni baş məşqçinin rəhbərliyi altında hazırlaşır.

Bölgə təmsilçisi artıq xeyli vaxtdır Qəbələdə təlim-məşq toplanışındadır ki, bu müddətdə yoldaşlıq görüşü keçirməyə imkan tapıb.

Berdıyev Tovuz təmsilçisində işləməyə başladığı gündən futbolçuları və klub rəsmilərini sözün yaxşı mənasında təəccübləndirməkdədir.

Təcrübəli çalışdırıcının ilk mərhələdə öz qarşısına qoyduğu əsas məqsəd oyunçuları yaxşı tanımaqdır.

O, bu məqsədlə sərəncamındakı futbolçularla təkbətək görüşlər keçirir, onların fikirlərini dinləyir, oyunçulara iş prinsipini izah edir. Bir futbolçu ilə söhbət 1,5-2 saat vaxt alır.

Heç kimə fərq qoymur, hamıya eyni cür yanaşıb, eyni dildə danışır. Az qala hər gün bir-iki futbolçu ilə üzbəüz oturub uzun müddət söhbət edir.

Baş məşqçinin bu davranışı futbolçuların diqqətini yaxşı mənada çəkib. Onlar özlərini Berdıyevə daha yaxın hiss etməklə 71 yaşlı mütəxəssisin tələblərini qısa zamanda mənimsəməyə çalışırlar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”