COP29

Premyer Liqada daha bir klub şansını rəsmən itirdi

7 May 14:20 Turan 2 502
Premyer Liqada daha bir klub şansını rəsmən itirdi

Azərbaycan Premyer Liqasında daha bir klub avrokuboklara vəsiqə şansını rəsmən itirib.

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz”un qitə kuboklarına qatılmaq üçün nəzəri şansları XXXIII turda bitib.

Ayxan Abbasovun yetirmələri “Zirə” ilə ev matçında 1:2 hesabı ilə uduzub. Bununla da qərblilər sona üç tur qalmış qəsəbə klubundan 10 xal uzaq düşüb.

“Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gələn “Sabah” da “Turan Tovuz”la fərqi 10-a yüksəldərək əlçatmaz olub.

Bu iki görüşün nəticəsindən sonra Abbasovun komandasının nəinki “üçlük”, hətta “dördlük”də yer almaq şansı qalmayıb.

Düzdür, 4-cü sıradakı “Sumqayıt” tovuzluları 9 xal qabaqlayır. Amma bu fərq aradan qalxsa belə şəxsi oyunların nəticəsi qərblilərin xeyrinə olmayacaq.

Hətta sonda 4-cü yer üçün bir neçə komanda eyni xala malik olsa, yenə “Turan Tovuz” onlar arasında ən yüksəkdə qərarlaşmayacaq.

“Turan Tovuz” avrokubok şansını itirən 4-cü komandadır. “Qəbələ”, “Kəpəz” və “Araz-Naxçıvan” da qitə səhnəsinə çıxmaq xəyalı ilə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti