«Turan Tovuz» İranda futbolçu axtarışına çıxıb.
Krban Berdiyev bu məqsədlə əsas köməkçisi Andrey Matsyuranı Arazın o tayına yollayıb.
Rusiyalı mütəxəssis İran çempionatının bir neçə oyununu izləyib və bəyəndiyi oyunçular haqda baş məşqçiyə öz fikirlərini çatdırıb.
Berdiyev bu ölkədə çalışıb. O, 2 il öncə «Traktor»un sükanı arxasında olub.
Təbriz klubunda işlədiyi dönəmdə tanıdığı Araş Qadirini bu ilin yayında Azərbaycana gətirib. Müdafiəçi Tovuz təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ

