Gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək

04:50 Taekvondo 58
Gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək

Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından taekvondoçular mübarizə aparacaqlar.

Turnirdə 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər.

Yarış Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və Azərbaycan Taekvondo Federasiyasının qüvvədə olan normativ tələblərinə uyğun keçiriləcək.

Yarışda iştirak etmək istəyən komandaların son qeydiyyatı 17 sentyabr, saat 15:00-dək aparılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!