Sentyabrda 4 gün ərzində ölkə çempionatı keçiriləcək

21 Avqust 04:40 Taekvondo 359
Sentyabrda 4 gün ərzində ölkə çempionatı keçiriləcək

Sentyabrın 21–24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar, həmçinin 16–21 yaşlılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Sportinfo.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 gün davam edəcək yarışda müxtəlif şəhər və rayonların idman klubları və cəmiyyətlərinin təmsilçiləri mübarizə aparacaqlar.

Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il, 16–21 yaşlılar arasında isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Turnirin ilk iki günündə uşaqlar, son iki gündə isə 16–21 yaşlılar arasında görüşlər keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik