İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər

04:10 Taekvondo 81
İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar.

Sportinfo.az xəbər verir ki, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.

Turnir sentyabrın 6-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!