Xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatıldılar

2 İyul 08:00 Taekvondo 304
Xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatıldılar

Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) xüsusi dəvətlə Cənubi Koreyanın Muju şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu dəvət olunub.

Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və "Taekwondowon" İdman Kompleksinin birgə təşkilatçılığı ilə seçilmiş idmançılar üçün təşkil olunan hazırlıq iyulun 7-nə qədər davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!