"Zirə" Cənnət(ov)u görəcək

17 Oktyabr 2020 11:48 Sumqayıt 829
"Zirə" Cənnət(ov)u görəcək

Premyer Liqanın VI turunda evdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" əsas qapıçısı Mehti Cənnətovun xidmətindən yararlana biləcək.

Sportinfo.az xəbər verir ki,28 yaşlı qolkiper zədəsini tamamilə sağaldıb və artıq bir neçə gündür komanda ilə məşqlərə qoşulub.

Azərbaycan millisinin üzvü şans veriləcəyi təqdirdə, "Zirə" ilə görüşdə meydanda olacaq. Cənnətov II turda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda sıradan çıxıb.

Oktyabrın 18-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu