"Sumqayıt" planı açıqladı

28 Dekabr 2024 16:40 Sumqayıt 1 150
"Sumqayıt" planı açıqladı

"Sumqayıt"ın qış hazırlıq planı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi toplanışa yanvarın 5-dən etibarən start verəcək.

Vaqif Cavadovun rəhbərlik etdiyi hazırlıq prosesini Sumqayıt şəhərində keçəcək. Komanda yoxlama görüşündə "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma yanvarın 9-da, saat 15:00-da "Kapital Bank Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti