Azərbaycan futboluna xidmət edəcək – Vəziyyət nə yerdədir?

9 May 2020 20:20 Sumqayıt 821
Azərbaycan futboluna xidmət edəcək – Vəziyyət nə yerdədir?

Aylardan bəri Mehdi Hüseynzadə adına şəhər stadionunda aparılan təmir işləri tam sürəti ilə davam edir.

Sportinfo.az xəbər verir ki, ölkə başçısının göstərişinə əsasən yenidənqurulmasına başlanan arenada əksər işlər artıq başa çatdırılıb.

Başqa problemlər yaranmasa, inşaatına ilkin mərhələdə 5 milyon manat ayrılan “Mehdi Hüseynzadə” ilin sonuna kimi qapılarını sumqayıtlı idmançıların və idmansevərlərin üzünə açacaq.

Köhnə vəziyyətindən əsər-əlamət qalmayan idman kompleksinin inzibati bunasında 4-cü mərtəbə də, demək olar ki, hazırdır. Yaxın günlərdə, böyük ehtimalla, binanın üstü bağlanacaq.

Bundan başqa, arenanın qərb tribunasının beton özülü tamamlanmaq üzrədir. Drenaj sisteminin quraşdılmasında da işlər yekunlaşmaq ərəfəsindədir.

Digər Xəbərlər
Xəbər Lenti