"Sumqayıt"ın prezidenti QALMAQALLI OLAYA SƏRT REAKSİYA VERDİ - FOTO

13 Fevral 2020 15:32 Sumqayıt 2 507
"Sumqayıt"ın prezidenti QALMAQALLI OLAYA SƏRT REAKSİYA VERDİ - FOTO

Fevralın 10-da saytımızda işıq üzü görən "Sumqayıt" pulu kimə xərcləyir: İşləyən, yoxsa yeyib-içən direktora?" başlıqlı xəbər aıdçəkilən klubun rəhbərliyini hərəkətə gətirib (https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/77716.html).

Məlumatın qısa məzmunu belədir ki, akademiyanın direktoru Hakan Sünal "kimyaçılar"ın adına xələl gətirən hərəkətlərə yol verib.

Belə ki, Almaniyadan dəvət olunan türkiyəli funksioner aşağı yaş qrupları üzrə komandalara cəlb etdiyi imkanlı ailələrin uşaqlarının valideynləri ilə davasmlı şəkildə istirahət mərkəzlərində, restoranlarda görüşür, yeyib-içir.

Onun davranışı digər valideynlərin ciddi narazılığına səbəb olub. Onlar redaksiyamıza müraciət edərək, Sünalın övladları arasında ayrı-seçkiliyə yol verdiyini, işinə məsuliyyətsiz yanaşdığını bildiriblər.

Klubun prezidenti Riad Rəfiyev akademiyada yaşanan neqativ hadisələrdən saytımız vasitəsilə xəbər tutub. Daimi oxucumuz olan Riad bəy iclas keçirib və həm rəsmiləri, həm də baş koordinatoru tənbeh edib.

Sportinfo.az-a dərin hörmət bəslədiyini bildirən Rəfiyev bu kimi xoşagəlməz işlərin baş verməsindən təəssüfünü dilə gətirməklə kifayətlənməyib. Sünaldan özünü yığışdırmasını tələb eləyib.

Ötən ilin əvvəlindən burada çalışan türkiyəli isə cavabında qəbahət hərəkətə yol vermədiyini söyləyib.

O, artıq Sumqayıtda xeyli tanındığını, insanların sevgisini qazandığını və iş saatından sonra müxtəlif görüşlərə dəvət aldığını deyib: «Məni qonaqlığa çağırırarlar, gedirəm. Özümlə ora məşqçiləri də aparıram. Burada pis nə var ki?».

Klubun prezidenti istənilən halda ona ehtiyatlı olmasını tapışırıb, yayılan məlumatların «Sumqayıt»ın imicinə xərbə vurmasını xatırladıb.

SPORTİNFO.AZ

Xəbər Lenti