"Sumqayıt" pulu kimə xərcləyir: İşləyən, yoxsa yeyib-içən direktora? – FOTO-FAKT

10 Fevral 2020 19:40 Sumqayıt 3 150
"Sumqayıt" pulu kimə xərcləyir: İşləyən, yoxsa yeyib-içən direktora? – FOTO-FAKT

«Sumqayıt» Futbol Akademiyasının direktoru Hakan Sünaldan şikayət var.

Sportinfo.az-a müraciət edən bir qrup valideyn türkiyəli baş koordinatorun işinə barmaqarası yanaşdığını bildirib.

Onların sözlərinə görə, Almaniyadan dəvət edilən mütəxəssis uşaqlar arasında ayrı-seçkiliyə yol verir, kasıb ailələrdən çıxanlara diqqət göstərmir.

Valideynlərinin dediyinə görə, Sünal klub tərəfindən Sumqayıtda kirayə götürülən mənzildə yaşayır və artıq şəhərin bütün istirahət/əyləncə məkanlarını yaxşı tanıyır.

Belə ki, onun içki həvəskarı olmasını öyrənən nisbətən imkanlı valideynlər Sünalı tez-tez dəniz kənarında, restoranlarda təşkil edilən məclislərə aparır.

Şikayətçilər buna sübut kimi bəzi şəkilləri redaksiyamıza təqdim eləyib. Restorandan çəkilmiş fotolardan görünür ki, akademiyanın rəhbəri əməlli-başlı hal əhlidir. Stolun üzərində hər cür təam, spirtçli ikilər, falan-filan…

Yəqin ki, «Sumqayıt»ın prezidenti Riad Rəfiyevin bütün bunlardan xəbərsizdir.

Əks halda, hər ay 4000-4500 avro xərclədiyi türk funksionerin hərəkətlərinə çəki-düzən verərdi. Axı o, klubun futbol akademiyasına özündən əvvəlki rəhbərlikdən daha çox diqqət və vəsait ayırır.

Valideynlərin dediyinə görə, Hakan Sünalın əməllərindən dəfələrlə onun müavini Rəşad Məmmədova və idman direktoru Zamiq Hüseynova şikayətləniblər. Gəl ki, adları çəkilən klub mənsubları Rəfiyevdən çəkindiyindən, onların narazılığı barədə prezidenti məlumatlandırmayıblar.

Digər Xəbərlər
Xəbər Lenti