Qələbə öz yerində, Abbasov başqa nədən razı qaldı?

8 Fevral 2020 20:02 Sumqayıt 714
Qələbə öz yerində, Abbasov başqa nədən razı qaldı?

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 16-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Bu oyuna yaxşı köklənmişdik. 3 xalı istəyirdik. Oyun baxımından futbolçularda inkişafı görürük. Ancaq bəzi epizodlarda qol imkanlarını dəyərləndirə bilmirik. Bunun üzərində daha çox işləməliyik. 1 həftədi çalışdığımız epizoddan qol buraxdıq. 2-ci hissədə futbolçularımız səbrli, sakit oyunla qələbə qazanmağı bacardı. Buna layiq idik.

- Qələbə öz yerində, başqa nədən razı qaldız?

- Hər məşqçinin istədiyi şeylər var. Çox şeydən razı qaldım. İstədiyimiz oyunu bu gün göstəririk. Bunu daha da yaxşı etmək istəyirik. Gənclərimiz inkişaf edir. Elvinin, Süleymanın oyunu həqiqətən xoşuma gəlir. Bundan da yaxşı ola bilər. Bizi sevindirən budu.

- Rəqib 2-ci qırmızı vərəqə alandan sonra sizin komandada rahatlıq oldu. Bu, nə ilə bağlıydı?

- 2-ci qırmızı vərəqədən sonda temp bir az düşdü. Ancaq futbolçulardan tələb edirdik ki, tempi aşağı salmasın. Həm də oyunun sonunda yorğunluq olur. Bu, sırf nəticəyə bağlı idi. Bu gün qələbəyə ehtiyacımız var idi.

Digər Xəbərlər
Xəbər Lenti