Premyer Liqada 7 qol vurdu, müqavilənin müddəti uzadılmadı

31 May 2024 22:20 Sumqayıt 1 185
Premyer Liqada 7 qol vurdu, müqavilənin müddəti uzadılmadı

"Sumqayıt" estoniyalı hücumçu Erik Sorqa ilə yolları ayırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Erik Sorqa ötən mövsümün əvvəlindən Sumqayıt təmsilçisinin formasını geyinirdi. Bu müddət ərzində 27 Premyer Liqa və 3 ölkə kuboku matçında meydanda olub.

24 yaşlı futbolçu bu qarşılaşmalarda 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə