"İşlər istədiyimiz kimi getmədi" - Saşa İliç

29 Avqust 2025 21:30 Sumqayıt 963
"İşlər istədiyimiz kimi getmədi" - Saşa İliç

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin oyun oldu. Hər iki tərəf qələbə qazana bilərdi. Birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda işlər mənim istədiyim kimi getmədi.

- İlk iki turda qapısında qol görməyən "Sumqayıt" bu gün müdafiədə inamsız görünürdü. Bunun səbəbi nədir?

- Bəzən olur ki, yaxşı müdafiə də qol buraxır. Bu gün də adi bir vəziyyətdə qapımızda qol gördük. İkinci hissədə problemlərimiz oldu. Bu da uzun ötürmələrlə bağlı idi. Top ünvana çatmırdı.

- Milli fasilə işinizə yarayacaq?

- Əslində fasilənin yaranması bizim xeyrimizədir. Çünki, "Qarabağ"la matçda oyunçular yorulmuşdu. Qələbə seriyamız bitsə də, bu fasilə bizə lazım idi.

- 3 turdan sonra 7 xal toplamaq necədir?

- "Qarabağ"ın da rəqiblər arasında olmasını nəzərə alsaq, yaxşı nəticədir. Bu, hələ çempionatın əvvəlidir. Ancaq növbəti oyunu fikirləşirik.

- Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlı fikirləriniz necədir?

- Fikir bildirmək üçün vaxt lazımdır. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla da bunu sübut etdilər. Hər oyunun çətin olacağını düşünürəm.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!