Azərbaycan klubuna keçmək üçün aranı bir-birinə qatdı, FİFA cəza kəsdi

25 Avqust 2025 02:10 Sumqayıt 2 166
Azərbaycan klubuna keçmək üçün aranı bir-birinə qatdı, FİFA cəza kəsdi

“Sumqayıt”ın yeni transferi Keffel Resende sabiq komandası “Paysandu”nu qalmaqallı şəkildə tərk edib.

Sportinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi Braziliyanın B Seriyası təmsilçisi ilə müqaviləyə xitam verərək Azərbaycana yollanıb.

Məsələ burasındadır ki, “Paysandu” FIFA tərəfindən transfer qadağası cəzası ilə üzləşib.

Bunun səbəblərindən biri də 2024-cü ildə Keffelin keçidi zamanı klubun Portuqaliya təmsilçisi “Torrense”yə transfer məbləğinin bir hissəsini ödəməməsi olub.

Üstəlik, “Paysandu” 25 yaşlı oyunçunun da maaşını ödəməyib. Keffel də borcdan imtina etmək şərtilə ilin sonuna qədər olan müqaviləsini ləğv edib.

Keffel Resende “Sumqayıt”la 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə