
“Oyun bizim üçün asan olmadı.
Biz hamımız “Qarabağ”ın gücünü yaxşı bilirik.
Onların yaxın günlərdə oyun keçirdiyini nəzərə alsaq, bəlkə bir qədər yorğun idilər. Amma biz oyuna yaxşı hazırlaşmışdıq və matça tam gücümüzlə yanaşdıq”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətova aiddir.
O, Premyer Liqanın ikinci turunda səfərdə “Qarabağ” üzərində 1:0 hesablı qələbədən danışıb:
“Bütün futbolçular oyuna tam hazır idi. Hətta oyuna sonradan daxil olanlar da yaxşı oyun sərgilədilər.
Məhz buna görə qələbə qazandıq. Komanda bu görüşdə maksimum gücünü ortaya qoydu.
Amma hələ coşquya qapılmaq lazım deyil. Cəmi iki oyun keçib, bu isə heç nə demir.
Qarşıda çox oyun var. Biz addım-addım hədəflərimizə doğru irəliləyəcəyik.
Hər matçda maksimum oynayaraq gücümüzü ortaya qoyacağıq. İlk qələbəmiz isə komandaya əlavə motivasiya və inam verdi”.