Gec gələcəksə, mənə lazım deyil, başqasını alın!

24 Avqust 2025 19:00 Sumqayıt 1 118
Gec gələcəksə, mənə lazım deyil, başqasını alın!

“Sumqayıt”ın legioneri İsa Sullimanın geri dönüşü hələ baş tutmayacaq.

Ötən mövsümün əvvəlində zədələnərək sıradan çıxan müdafiəçi bu yaxınlarda ikinci dəfə cərrah bıçağı altına uzanmalı olub.

Türkiyədə dizindən əməliyyat edilən pakistanlı ən azı bu ilin sonuna qədər meydana ayaq basmayacaq.

Əgər 28 yaşlı mərkəz oyunçusunun bərpa prosesi sürətli şəkildə keçərsə, yanvardan kollektivə qoşulacaq.

Sulimanın “Sumqayıt”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Pakistan millisinin üzvü 2023-cü ilin yayında “kimyaçılar”la anlaşıb.

Mövsümlərarası fasilədə klubla müqaviləsinin müddətini uzatmış İsa nəzərdə tutulan vaxtda sıraya dönməsə, “gənclik şəhəri“ təmsilçisi onunla kontrakta xitam verəcək.

Çünki Saşa İliç pakistanlının xidmətinə bir o qədər maraq göstərmir. Yeni baş məşqçi rəhbərlikdən həmin mövqeyə başqa bir legionerin alınmasını istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA