
Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdinin növbəti cəhdi boşa çıxıb.
Karyerasını Asiya qitəsində davam etdirmək variantı yaranan İran əsli oyunçu Malayziyadan gələn təklifi dəyərləndirə bilməyib.
Belə ki, yerli çempionatda mübarizə aparan “Yohor Darul Tazim” ona dəvət göndərib.
Ötən mövsüm Asiya Çempionlar Liqasında yarışmış “Yohor Darul Tazim” onunla 1+1 illik bağlamağı plalaşdırırdı.
Fəqət, tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gəlməyib. Haqverdi “Yohor Darul Tazim”dən 190 min dollara yaxın illik ödəmə tələb eləyib ki, bu da danışıqları pozub.
Son 2,5 ildə ”Neftçi”nin formasını geyinmiş 32 yaşlı arxa xətt oyunçusu adıçəkilən ölkəyə yollansa, tanış simayla komanda yoldaşı olacaqdı.
Belə ki, ”Neftçi”də və yığmada çiyin-çiyinə çıxış etdiyi Eddi İsrafilov 1 ildən artıqdır ki, “Yohor Darul Tazim”dədir.
SPORTİNFO.AZ