"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi - RƏSMİ XƏBƏR

11 Avqust 2025 22:20 Sumqayıt 869
"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi - RƏSMİ XƏBƏR

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümdə Portuqaliyanın "Portimonense" klubunda çıxış etmiş braziliyalı Keffel Resende ilə 2+1 illik anlaşma imzalayıb.

25 yaşlı cinah müdafiəçisi "Sumqayıt"ın heyətində 80 nömrəli formada çıxış edəcək.

"Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Murata ilə gücləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!