"Mən onun Azərbaycanda necə və hansı düşüncələrlə işlədiyini görürdüm”

08:20 Sumqayıt 171
"Mən onun Azərbaycanda necə və hansı düşüncələrlə işlədiyini görürdüm”

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa "Sabah"ın keçmiş çalışdırıcısı, hazırda "Krasnodar"a rəhbərlik edən Murad Musayevdən danışıb.

Sportinfo.az xəbər verir ki, “Leninqradets”ə baş məşqçilik edən Baqa "Sabah"ın Murad Musayevin dövründə baxımlı oyun nümayiş etdirdiyini deyib:

"Mən onun Azərbaycanda necə və hansı düşüncələrlə işlədiyini, "Sabah"ın oyununu meydanda necə dəyişdiyini görürdüm.

"Sabah" həm "Qarabağ", həm də digər böyük komandalar üçün əsas rəqib idi. Murad Musayev Azərbaycanda uğura nail oldu.

Məncə, onun qayıdışı ilə bağlı "neqativ" yalnız ona kömək etdi. Özü də kifayət qədər iddialı, biliyi və təcrübəsi olan insandır. Murad çox ağıllıdır".

Baqa 2021/2022 mövsümündə "Sumqayıt"ı çalışdırıb. Musayev isə 2021-2024-cü illərdə "Sabah"a rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti