5 illik Türkiyə karyerasını başa vurdu, Azərbaycana gətirildi - SON DƏQİQƏ

10 Avqust 2025 19:00 Sumqayıt 9 408
5 illik Türkiyə karyerasını başa vurdu, Azərbaycana gətirildi - SON DƏQİQƏ

Yeni mövsümə hazırlaşan "Sumqayıt" heyətini gücləndirməyə davam edir.

"Kimyaçılar" daha bir əcnəbi ilə anlaşıb.

Söhbət Samba Kamaradan gedir.

32 yaşlı mərkəz müdafiəçisi müqavilə bağlama üçün bu gün ölkəmizə gəlib.

Onun son klubu "Sivasspor" olub.

Son 5 mövsümü Türkiyənin klubunda keçirən arxa xətt oyunçusu daha əvvəl Fransada və ABŞ-da da çıxış edib.

Yeni transferin Mali millisində 1 oyun keçirdiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə