Yaponiyalı yarımmüdafiəçi yenidən ölkəmizə qayıtdı - RƏSMİ

10 Avqust 2025 00:50 Sumqayıt 1 187
Yaponiyalı yarımmüdafiəçi yenidən ölkəmizə qayıtdı - RƏSMİ

2025/26-ci il mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda son mövsümü Danimarkada - "Veyle"də keçirmiş sabiq yarımmüdafiəçimiz Masaki Murata ilə 2 illik anlaşma imzalayıb.

Murata "Sumqayıt"ın heyətində "71" nömrəli formada çıxış edəcək.

Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!