
«Sumqayıt»ın yeni baş məşqçisi Saşa İliç növbəti tələbini irəli sürüb.
İyulda «kimyaçılar»la 1 illik müqavilə imzalayan serbiyalı çalışdırıcı ötən müddətdə keçirdikləri yoxlama görüşlərinə əsasən komandanın zəif nöqtələrini müəyyənləşdirib.
Balkanlı mütəxəssis 3 mövqeyə transfer istəyib. Vaxtilə «Qalatasaray»ın formasını geyinmiş sabiq yarımmüdafiəçi rəhbərliklə görüşdə konkret danışıb.
O, sol cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi və vinger alınmasının vacibliyini qeyd edib.
«Gənclik şəhəri» təmsilçisi bu yay Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqom (Son klubu "Bney Saxnin", İsrail), Rayan Senhadji (son klubu "Fakel", Rusiya), Rüstəm Əhmədzadə (Son klubu "Qarabağ", "Zirə"də icarədə olub), Nikola Ninkoviç (son klubu "Tekstilaç" ,Serbiya) və Abdul Raşid Mumini ilə anlaşıb.
SPORTİNFO.AZ