Premyer Liqamız ona görə ona cəlbedici gəlib ki... Transferin səbəbi

7 Avqust 2025 01:00 Sumqayıt 1 605
Premyer Liqamız ona görə ona cəlbedici gəlib ki... Transferin səbəbi

Abdul Raşid Mumininin “Sumqayıt”ı seçməsinin səbəbi açıqlanıb.

Sportinfo.az Benin mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı sağ cinah müdafiəçisi “gənclik şəhəri” təmsilçisinə gəlmək üçün bir neçə təklifdən imtina edib.

Mumininin hələ ötən ildən bir sıra təkliflərinin olduğu vurğulanıb. Lakin “Sumqayıt”ın gənclərə üstünlük verməsi onun qərarında həlledici rol oynayıb.

Qeyd olunur ki, klub rəhbərliyinin təqdim etdiyi layihə futbolçu üçün cəlbedici olub.

O, Azərbaycan Premyer Liqasında özünü doğrultmaqla Avropanın daha yüksək səviyyəli liqalarına yollanmağı hədəfləyir.

Abdul Raşid Mumini ötən mövsüm ölkəsində “Ayema” klubunun heyətində 16 oyun keçirib, 1 qol vurub. Müdafiəçi “Sumqayıt”la 3 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA