Saşa İliç millimizin yarımmüdafiəçisi ilə əlaqəli yeni QƏRAR VERDİ

3 Avqust 2025 21:40 Sumqayıt 1 835
Saşa İliç millimizin yarımmüdafiəçisi ilə əlaqəli yeni QƏRAR VERDİ

"Sumqayıt"ın yeni kapitanı məlum olub.

Baş məşqçi Saşa İliç bu statusu komandanın yetirməsi olan Səbuhi Abdullazadəyə həvalə edib.

Bu gün Qəbələdə "Şamaxı" ilə baş tutan sınaq matçına da kollektivi kapitan kimi Abdullazadə meydana çıxarıb.

23 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız "Kimyaçılar"da çıxış edib.

Yay fasiləsində ölkə xaricinə yollanması gündəmdə olan millimizin üzvü ilə bir neçə gün əvvəl iki illik yeni anlaşma imzalanıb.

Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehat olacaq.

Xatırladaq ki, ötən mövsüm "Sumqayıt"ın kapitanı Vüqar Mustafayev olub.

Onun yoxluğunda bazubənd Elvin Bədəlov və Murad Xaçayevə həvalə edilirdi.

Mustafayevin karyerasını başa vurmasından, Xaçayev və Bədəlovun isə "Neftçi"yə transfer edilməsindən sonra sarğı boşda qalmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA