Azərbaycandan iki təklif aldı, daha çox pul verəni seçdi

3 Avqust 2025 09:50 Sumqayıt 6 490
Azərbaycandan iki təklif aldı, daha çox pul verəni seçdi

"Sumqayıt"ın Rayan Senhadji ilə müqavilə bağlamasından xəbərdarsız.

"Kimyaçılar" mərkəz müdafiəçisi 2+1 illik anlaşıb.

28 yaşlı əlcəzairli ölkəmizdə keçirəcəyi hər aya görə 10 min dolların üstündə maaş alacaq.

Ərəb son olaraq Rusiyada "Fakel"in şərəfini qoruyub.

"Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək Rayana daha öncə "Qəbələ" maraq göstərib.

Fəqət, "qırmızı-qaralar"ın arxa xətt oyunçusuna maksimum 8000 dollar əməkhaqqı təklif eləməsi sövdələşmənin baş tutmasını əngəlləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə