Səkkiz transfer etdilər, daha iki legioner də alacaqlar - SON DURUM

10:40 Sumqayıt 1 041
Səkkiz transfer etdilər, daha iki legioner də alacaqlar - SON DURUM

«Sumqayıt» qarşıdakı günlərdə daha 2 transfer edəcək.

Klubdan aldığımız məlumata görə, rəhbərlik iki mövqe üzrə danışıqlar aparır.

«Kimyaçılar» müdafiə və hücum xətlərini gücləndirmək niyyətindədir. Yeni gələnlər də əcnəbi olacaq.

«Gənclik şəhəri» təmsilçisi bu yay 8 transfer edib.

Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqom (Son klubu "Bney Saxnin", İsrail), Rayan Senhadji (son klubu "Fakel", Rusiya), Rüstəm Əhmədzadə (Son klubu "Qarabağ", "Zirə"də icarədə olub), Nikola Ninkoviç (son klubu "Tekstilaç" ,Serbiya) və Abdul Raşid Mumini "Sumqayıt"a qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti