
Sumqayıt Futbol Akademiyasında koordinatoru Hakan Sünalla başa çatan müqavilə yenilənəcək.
2019-cu ildən Sumqayıt təmsilçisində çalışan əcnəbi mütəxəssislə razılıq əldə olunub.
Hakan bəy hazırda Almaniyada tətildədir.
Yaxın günlərdə Azərbaycana qayıdacaq təcrübəli mütəxəssis işinin başına keçəcək.
O, ölkəmizə gələnə kimi Almaniyanın “Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışıb.
Türk əsilli Hakan Sünal “Ayntraxt", “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə də məşğul olub.
45 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.
SPORTİNFO.AZ