İtaliyada dörd klub dəyişmiş "Partizan"lı ölkəmizdə hansı pula oynayacaq?

1 Avqust 09:40 Sumqayıt 1 228
İtaliyada dörd klub dəyişmiş "Partizan"lı ölkəmizdə hansı pula oynayacaq?

"Sumqayıt"ın ötən mövsümü Serbiyada - "Tekstilaç"da keçirmiş Nikola Ninkoviç ilə anlaşmasından xəbərdarsız.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Onun burada nə qədər qazanacağı da artıq məlumdur. "Kimyaçılar" balkanlı legionerə 9000 dollar əməkhaqqı ödəyəcək.

"Gənclik şəhəri" təmsilçisi avrokuboklara vəsiqə qazanarsa, əlavə bonus da alacaq.

"Sumqayıt"da "10" nömrəli formada çıxış edəcək Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli" və "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!