Beninli müdafiəçi ilə 3 illik sözləşmə imzalandı - YENİ İSİM

00:10 Sumqayıt 253
Beninli müdafiəçi ilə 3 illik sözləşmə imzalandı - YENİ İSİM

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" beninli cinah müdafiəçisi Abdul Raşid Mumini ilə 3 illik sözləşmə imzalayıb. 20 yaşlı oyunçu "Sumqayıt" FK-da "25" nömrəli formada çıxış edəcək.

"Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.

Digər Xəbərlər
Xəbər Lenti