Afrikalı legioner ilk oyundaca gözə girməyi bacardı

11:55 Sumqayıt 1 250
Afrikalı legioner ilk oyundaca gözə girməyi bacardı

"Sumqayıt"ın düşərgəsinə yeni futbolçunun qoşulmasını xəbər vermişdik.

Söhbət Moumini Abdoulrachiddən gedir.

20 yaşlı futbolçu müdafiəçi mövqeyində çıxış edir.

Sağ cinah oyunçusu "İmişli" ilə yoxlama görüşünün ikinci yarısında (0:0) meydana çıxmışdı.

Baxışda olan gənc oyunçunun performansı Saşa İliçi qane edib.

Qısa müddətdə özünü yaxşı tərəfdən göstərən gənc Qəbələ toplanışına da aparılıb.

Oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Həqiqətən də aran təmsilçisi ilə görüşdə afrikalı meydanda seçilən azsaylı legionerdən biri idi.

Özgüvəni olan bəstəboy oyunçunun çevikliyi, ikili mübarizələrdə doğru qərarlar verərək qalib ayrılmasını, cinah müdafiəçilərinə xas sürətini qeyd edə bilərik.

Təbii ki, təcrübəsiz olması aydın sezilir. Bunu da gənc olmasına bağlamaq olar.

Moumini Beni millisinin üzvüdür. O, yığmada keçirdiyi 16 matçda 1 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti