Əcnəbi çalışdırıcıya yolunu gözlədiyi legionerdən BƏD XƏBƏR var

31 İyul 23:40 Sumqayıt 980
Əcnəbi çalışdırıcıya yolunu gözlədiyi legionerdən BƏD XƏBƏR var

"Sumqayıt" yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirir.

Toplanışın birinci mərhələsini Sumqayıtda keçən "Kimyaçılar" 25 iyuldan bölgəyə köç edib.

Artıq 3-cü həftədir Saşa İliçin hazırlıqlara start verməsinə baxmayaraq, İsa Sulimani hələ də düşərgəyə qayıtmayıb.

Zədə səbəbindən ötən mövsümü boşa verən müdafiəçidən gələn xəbər serbiyalı mütəxəssisi üzüb.

Belə ki, öncə Sumqayıt toplanışına, ardınca Qəbələ kampına qatılacağı gözlənən əcnəbi oyunçunun dönüşü yenə yubanıb.

Onun hansı tarixdə qayıdacağı naməlum olaraq qalır.

Amma dəqiq olan odur ki, 27 yaşlı arxa xətt oyunçusu hələ də İngiltərədə reabilitasiya mərhələsindən keçir.

Qəbələ toplanışına da qatılmayacağı dəqiqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti