
«Sumqayıt» bu gün yeni transfer edib.
İddialı heyət qurmaq niyyətində olan «gənclik şəhəri» təmsilçisi «Qarabağ»la kontraktını qarşılıqlı razılıq əsasında pozan Rüstəm Əhmədzadəni sıralarına qatıb.
Saşa İliçi sükan arxasına gətirmiş «kimyaçılar» son iki mövsümü icarə əsasında «Zirə»də keçirmiş hücumçu ilə 2 illik müqavilə imzalayıb.
Razılaşmaya əsasən, millinin oyunçusunun kontraktı daha 1 il uzadıla bilər.
«Sumqayıt» ötən müddətdə 5 oyunçu ilə güclənib.
Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqom (Son klubu "Bney Saxnin", İsrail) və Rayan Senhadji (son klubu "Fakel", Rusiya) kollektivə qoşulub.
SPORTİNFO.AZ