Görəsən, baş məşqçi ilə bağlı son qərar niyə gecikir?

4 Yanvar 15:15 Sumqayıt 1 352
Görəsən, baş məşqçi ilə bağlı son qərar niyə gecikir?

Samir Abasovun gedişindən sonra "Sumqayıt"a müvəqqəti baş məşqçi təyin olunan Vaqif Cavadovla bağlı qərar hələ də açıq qalır.

Amma klubdan əldə etdiyimiz məlumata görə, məsələ barədə yekun qərar verilib.

Gənc mütəxəssislə yeni anlaşmanın bütün detalları razılaşdırılıb.

Müqavilənin müddəti 2,5 ili əhatə edəcək.

Çalışdırıcının müvəqqəti baş məşqçi statusu ilə bərabərə maaşında da kifayət qədər artım edilməsi nəzərdə tutulub.

Müşahidə Şurasının növbəti həftə iclası nəzərdə tutulub.

Qərar məhz həmin iclasda rəsmən elan ediləcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!