O da gedənlərin cərgəsinə qoşulur?

25 Dekabr 2024 19:00 Sumqayıt 1 904
O da gedənlərin cərgəsinə qoşulur?

"Sumqayıt"da ayrılıq dalğası davam edir.

Fernando Medeiros, Rəhim Sadıxov və Cordan Rezabaladan sonra növbə Kristian Velinovskiyə çatıb.

Uzunmüddətli zədədən qayıdan yarımmüdafiəçi ümidləri doğrultmur.

Makedoniyalı legionerə yaya kimi qüvvədə olan müqavilənin qarşılıqlı razılıq əsasında pozulması təklif olunub.

Və o da ilkin razılığını verib.

25 yaşlı futbolçu bu mövsüm 2 görüşdə meydana çıxıb.

Velinovski 2023-cü ilin sentyabr ayından "Sumqayıt"ın şərəfini qoruyur.

O, arxada qalan müddətdə cəmi 7 oyun keçirib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA