Rəhbər işindən uzaqlaşdırılıbmı? - Samir Abasovu öncə təhqir etdilər, sonra üzr istədilər

21 Dekabr 2024 15:00 Sumqayıt 1 766
Rəhbər işindən uzaqlaşdırılıbmı? - Samir Abasovu öncə təhqir etdilər, sonra üzr istədilər

"Sumqayıt"dan ayrılıq xəbəri yayılıb. Sosial şəbəkələrdə çıxan məlumata görə, "kimyaçılar"ın rəsmi fanklubunun rəhbəri Sənan Mirzəyev işindən uzaqlaşdırılıb.
Buna səbəb kimi Premyer Liqanın XVI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" matçında (2:0) yaşananlar göstərilir.

Belə ki, sumqayıtlı fanatlar "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına xoşagəlməz şüarlar səsləndiriblər. Oyundan bir gün sonra isə "UltraSumqayıt" azarkeş qrupu bəyanat yayaraq, Abasovdan və ailə üzvlərindən üzr istəyib.

"Sumqayıt"ın rəsmi fanklubunun rəhbəri işindən uzaqlaşdırılıb

“Sumqayıt”ın tərəfdarlarının “Neftçi”nin çalışdırıcısının ünvanına təhqiramiz ifadələr səsləndirməsinin “niyə“si də bəllidir. Bu, "Ultras Sumqayıt"ın bəyanatında əksini tapıb:

“Matçdan öncə mətbuatda Samir Abasovun klubumuzdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı.

Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı”.

Azarkeş qrupu sonradan səhvini başa düşdüyü üçün Abasovdan üzr istəməyi də lazım bilib:

“Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik".

Sənan Mirzəyevin işindən uzaqlaşdırılması sırf bu iki olayla əlaqələndirilir.

Fəqət, “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev Sportinfo.az-a açıqlamasında yayılan informasiyaların əsassız olduğunu bildirib:

“O, heç yerə getməyib. Rəsmi fanklubun başçısı olaraq qalmaqdadır.

Mirzəyev “Neftçi“ ilə matçıdan sonra keçirdiyimiz “Qarabağ“ və “Kəpəz“lə səfər oyunlarında da tribunada idi və komandamıza dəstək verib“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA