"Neftçi"nin transfer siyahısında olan futbolçuları buraxacaqlarmı?

20 Dekabr 2024 18:50 Sumqayıt 2 731
"Neftçi"nin transfer siyahısında olan futbolçuları buraxacaqlarmı?

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Premyer Liqanın 18-ci turunun "Kəpəz"lə (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında danışıb.

- Maraqlı və gərgin oyunun şahidi olduq. Komandamdan çox razıyam. İlin son oyunudur. Bu istəklə oynamaq məni sevindirir. İnanıram ki, bu istəklə, bu oyunla yaxşı işlər görə bilərik.

- İlk yarıda "Sumqayıt" inamlı təsir bağışlamırdı. Fasilədə nəyi dəyişdiz?

- Oyunun əvvəlində futbolçularda özünəinam az idi. Amma buna baxmayaraq yaxşı hücumlarımız oldu. Futbol oynaya bilirik, komanda hücuma çıxmağı bacarır. Sadəcə son nöqtəni qoya bilmədik. Meydança amili, ilin son matçının olması da təsir edə bilər. Ümumi götürəndə komandadan razıyam. Futbolçularıma təşəkkür edirəm.

- Bir neçə futbolçunuzun adı "Neftçi" ilə hallanır. Bu, sizi narahat etmir?

- Komandadan futbolçu gedirsə, bu, hər məşqçini narahat edə biər. Amma futboldur da. Müqaviləsi bitən futbolçuların gedişinə normal baxmalıyıq. Biz də kimlərisə transfer edirik. "Neftçi" kimi komandanın bizim oyunçuları istəməsi xoşdur. Hər futbolçumuzun arxasındayıq. Onların heç birinin gedişini istəmirik.

- Gənc futbolçuları icarəyə verəcəksiz?

- Elə də geniş heyətimiz yoxdur ki, kimlərisə icarəyə göndərək. Amma bəziləri gedə bilər. Mən "Sumqayıt"da olduğum müddətdə futbolçuların inkişafı üçün onlara hər cür kömək edəcəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA